ABŞ Oman körfəzində yük gəmisinə zərbə endirib

ABŞ Oman körfəzində İranın dəniz blokadasını pozmağa cəhd edən kommersiya gəmisini sıradan çıxarıblar.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

"Amerika qırıcısı Panama bayrağı altında üzən "M/V Ocean Molica" (həmçinin "Arika Sun" kimi tanınan) yük gəmisinin arxa hissəsinə yüksək dəqiqlikli sursatla zərbə endirərək heyətə zərər vurmadan onun güc qurğusunu sıradan çıxarıb", - CENTCOM-un məlumatında bildirilib.

Qeyd olunub ki, yük gəmisi İran limanından çıxdıqdan sonra regional suları keçməyə cəhd edib.

Komandanlıq bildirib ki, iyulun ortalarında İrana qarşı blokadanın bərpasından bəri ABŞ Silahlı Qüvvələri dörd kommersiya gəmisini sıradan çıxarıb, 135-ni isə başqa istiqamətə yönləndirib.

Digər xəbərlər