Kanadanın Kvebek şəhərində soyuq silahla silahlanmış şəxs insanlara hücum edib.
“Report” xəbər verir ki, bu barədə “Radio Canada” radiostansiyası məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində azı 2 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.
Kvebek polisi özünün “Twitter”dəki səhifəsində hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını bildirib.