Kanadada atışma zamanı azı 4 nəfər yaralanıb

Kanadanın Kvebek əyalətində kollec yaxınlığında baş verən atışma nəticəsində azı 4 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə cümə günü CBC radiostansiyası məlumat yayıb.

"Azı dörd nəfər yaralanıb, atəş səsləri eşidilib və “Montmorency” kollecinin binası polis tərəfindən bağlanıb", - məlumatda deyilir.

Qeyd olunur ki, polis parka yerli vaxtla saat 17:22 radələrində (Bakı vaxtı ilə 2:22) çağırılıb. Müstəntiqlər bir və ya bir neçə şübhəlini axtarır.

Eyni zamanda, polisin məlumatına görə, hadisə zamanı yalnız bir nəfər xəsarət alıb, onun həyatı üçün təhlükə yoxdur.

Digər xəbərlər

Aktyor Mario Adorf vəfat edib 09 aprel, 2026 / 15:07