Kamçatkada Vilyuçinski vulkanında ölənlərin sayı ikiyə çatıb.
"Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
Qeyd edək ki, vulkan ərazisində 3 turist hündürlükdən yıxılıb.
Oktyabrın 4-də Kamçatkada Vilyuçinski vulkanında 3 turist hündürlükdən yıxılıb.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, turistlərdən biri ölüb, birinin vəziyyəti ağırdır.
Üçüncü turistin yeri müəyyən edilib və hazırda o təxliyyə olunur.
FHN-dən verilən məlumata görə, turist qrupu qeydiyyatdan keçməyib, onların qalxdıqları marşrut isə 2025-ci il iyulun 1-dən rəsmən bağlanıb.