Kamçatkada 5,1 maqnitudalı zəlzələ olub

Rusiyanın Kamçatka vilayətində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report"un məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Zəlzələ Petropavlovsk-Kamçatskidən 485 km məsafədə baş verib. Yeraltı təkanların dərinliyi 29,5 km olub.

Qeyd olunub ki, son bir saat ərzində Kamçatkada Petropavlovsk-Kamçatskidən 182 və 166 km məsafədə 4,0 və 4,3 maqnitudalı daha iki zəlzələ qeydə alınıb.

Digər xəbərlər

Maduro Nyu-Yorka gətirilib 04 yanvar, 2026 / 06:34