Kamboca ilə sərhəddə döyüşlər zamanı həlak olan Tailand hərbçilərinin sayı 14-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə "AFP" agentliyi Tailand Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən bildirib.
"Daha dörd hərbçi həlak olub", - deyə o bildirib və əlavə edib ki, həlak olan Tailand hərbçilərinin ümumi sayı 14-ə çatıb.
Qeyd edək ki, dekabrın 7-si Kamboca-Tailand sərhədi boyu atıcı silahların tətbiqi ilə silahlı toqquşmalar baş verib.