Kabildə məsciddə partlayış baş verib, azı 20 nəfər ölüb

Əfaqanıstanın paytaxtı Kabil şəhərində güclü partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı Əfqanıstanın güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Kabilin şimal-şərqində yerləşən məsciddə törədilən partlayış nəticəsində azı 20 nəfər ölüb, 40 nəfər yaralanıb.

Digər təfərrüatlar hələlik açıqlanmayıb.

Digər xəbərlər