İtaliya Qəzza zolağının bombalanmasına dərhal son qoymağa və Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsinə çağırır.
"Report" xəbər verir ki, bunu BMT Baş Assambleyasının İsrail-Fələstin münaqişəsinə dair konfransında çıxışı zamanı İtaliyanın xarici işlər naziri Antonio Tayani deyib.
"BMT çox aydın mesaj göndərir: İsrail Qəzza zolağının bombalanmasını dayandırmalı, HƏMAS isə bütün girovları azad etməlidir", - nazir deyib.
O, İtaliyanın münaqişənin iki dövlət əsasında həlli üçün səylərini davam etdirəcəyini, həmçinin Fələstin əhalisinə yardım göstərəcəyini bildirib.