İsveçrənin Vale kantonunda məhkəmə Kran-Montanada Yeni il gecəsi baş verən yanğın nəticəsində 40 nəfərin həlak olduğu barın sahibi Jak Morettinin üç ay müddətinə həbs edilməsi haqqında qərar qəbul edib.
"Report" xəbər verir ki, bu barədə "SRF News" məlumat yayıb.
Məhkəmə Morettinin üç ay müddətinə həbsdə saxlanılmasına qərar verib, lakin qaçış riskini azaltmaq üçün tədbirlərin görüləcəyi təqdirdə qərara yenidən baxıla bilər. Söhbət girov müqabilində azadlığa buraxılmadan gedir, lakin onun məbləği açıqlanmır.
Eyni zamanda, Morettinin həyat yoldaşı, barın şəriki Cessika azadlıqdadır. O, elektron qolbaq taxmalı və hər üç gündən bir polis bölməsinə gəlməlidir.