İsraildə iki avtobus toqquşub, 30-dan çox adam yaralanıb

İsrailin mərkəzində ödənişli yolda iki avtobus toqquşub.

"Report" xəbər verir ki, bu barədə "Kan" kanalı məlumat yayıb.

Toqquşma zamanı azı 33 nəfər yaralanıb.

Zərərçəkənlərdən birinin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, bu, İsraildə son həftə ərzində ikinci ağır avtobus qəzasıdır. Sentyabrın 29-da ölkənin şimalında 89-cu magistralda avtobusla iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, 30-dan çox adam yaralanıb.

Digər xəbərlər

Danimarka İran gəmisini saxlayıb 20 fevral, 2026 / 03:05
Tramp İrana 15 gün vaxt verib 20 fevral, 2026 / 01:50