İsraildə bir gündə 1 641 nəfər koronavirusa yoluxub

İsraildə koronavirusa yoluxanların sayı artıb.

“Report” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, koronavirus (COVID-19) infeksiyasına 1 641 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Ümumilikdə ölkədə 29 201 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 22 060 nəfər müalicə olunaraq sağalıb, 415  nəfər vəfat edib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10