İsrailin şimalındakı Hayfa şəhərində naməlum şəxs avtomobilini piyadaların üzərinə sürüb.
“Report” İsrail KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
“The Times of Israel”in məlumatına görə, hadisə nəticəsində 8 nəfər yaralanıb.
Eyni zamanda, “Haaretz” nəşri 10 nəfərin xəsarət aldığını yazır, 2 nəfərin vəziyyətinin ağır, 4 nəfərin vəziyyətinin orta ağır olduğunu, qalanlarının isə yüngül xəsarət aldığını qeyd edir.
Polis insidentdən az sonra hadisəni törətməkdə şübhəli bilinən sürücünü saxlayıb.