İspaniya paytaxtında bina uçub, səkkiz nəfər yaralanıb

İspaniyanın paytaxtı Madridin mərkəzində binanın uçması nəticəsində səkkiz nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə İspaniya KİV-i məlumat yayıb.

Onlardan dördü yüngül xəsarətlər alıblar.

Qeyd olunur ki, altımərtəbəli binada tikinti işləri aparılırmış.

Digər xəbərlər