İraqda İrana PUA daşıyan üç avtomobil saxlanılıb

İraqın hüquq-mühafizə orqanları İrana pilotsuz uçuş aparatları (PUA) və partlayıcı maddələr daşıyan 3 yük avtomobilini saxlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Mehr” agentliyi İran polisinin rəsmi nümayəndəsi Səid Möntəzir əl-Mehdinin sözlərindən sitat gətirir.

O iddia edir ki, "İran və İraq sərhəd xidmətləri arasında koordinasiya çərçivəsində İraq tərəfi qabaqlayıcı tədbirlər görərək pilotsuz təyyarələr daşıyan 3 nəqliyyat vasitəsini, həmçinin daşınma prosesində şübhəli bilinən şəxsləri aşkar edərək saxlayıb".

İraqın sərhəd xidməti bu hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12