İran Silahlı Qüvvələrinin endirdiyi zərbə nəticəsində İsrailin "Soroka" tibb mərkəzində 71 nəfər yüngül xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bundan əlavə, bir nəfərin psixoloji yardıma ehtiyacı olub.
09:48
İran Silahlı Qüvvələrinin endirdiyi zərbə nəticəsində İsrailin Beer-Şeva şəhərində yerləşən "Soroka" tibb mərkəzində yaralılar var, xəstəxana binasının müxtəlif hissələri zədələnib.
“Report” “Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu barədə xəstəxananın nümayəndəsi bildirib. O, yaralıların sayını dəqiqləşdirməyib.
Nümayəndənin sözlərinə görə, tibb müəssisəsi insanlardan müalicəyə gəlməmələrini xahiş edir.
09:14
İranın endirdiyi zərbə nəticəsində İsrailin Beer-Şeva şəhərindəki "Soroka" xəstəxanası zədələnib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin “Maariv” qəzeti məlumat yayıb.