İran ABŞ-nin BƏƏ-dəki hərbi bazasına hücum edib

İran ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) "Əd-Dəfra" hərbi bazasına raket zərbəsi endirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.

Bildirilib ki, zərbə raketlərdən istifadə edilməklə endirilib. Dövlət teleradiosu sursatların buraxılış anının videosunu yayımlayıb.

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45