İordaniyanın hava hücumundan müdafiə (HHM) qüvvələri krallığın hava məkanına daxil olan səkkiz raketi ələ keçirib.
"Report" xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin "Petra" agentliyi tərəfindən yayımlanan press-relizində deyilir.
"İordaniyanın HHM sistemləri ölkənin hava məkanı sərhədlərini pozan səkkiz raketi ələ keçirib", - Silahlı Qüvvələrin rəsmi nümayəndəsinin məlumatında bildirilir.
Raketlərin növü barədə təfərrüatlar verilmir.