İlon Mask: Avropa Komissiyası ləğv edilməli, seçkili orqanla əvəz olunmalıdır

Amerikalı iş adamı və milyarder İlon Mask hesab edir ki, Avropa Komissiyası ləğv olunmalı və seçkili orqanla əvəz olunmalıdır.

"Report"un məlumatına görə, Mask bunu "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Avropa Komissiyası seçkili orqanın xeyrinə ləğv edilməli və Aİ prezidenti birbaşa seçilməlidir. Hazırkı sistem demokratik deyil, bürokratikdir", - paylaşımda qeyd olunub.

Digər xəbərlər

Bolqarıstan hökuməti istefa verib 11 dekabr, 2025 / 16:39