İƏT Küveytə dron hücumunu pisləyib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Küveytə dron hücumunu pisləyib.

Bu barədə "Report"a İƏT-dən məlumat verilib.

"İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi, Küveyt Dövlətinin suverenliyini və təhlükəsizliyini pozaraq İraq Respublikasından gələn partlayıcı quraşdırılmış iki dron tərəfindən Küveyt Dövlətinin iki şimal quru sərhəd postuna edilən hücumu ən kəskin şəkildə pisləyib", - məlumatda vurğulanıb.

Bununla yanaşı, İƏT Baş Katibliyi Küveyt Dövləti ilə tam həmrəy olduğunu bildirib və bu ölkənin öz təhlükəsizliyini və sabitliyini qorumaq üçün gördüyü tədbirləri dəstəklədiyini vurğulayıb.

Xatırladaq ki, aprelin 24-də pilotsuz uçuş aparatı (PUA) Küveyt ərazisində, İraqla sərhəddə yerləşən iki sərhəd buraxılış məntəqəsinə hücum edib.

Digər xəbərlər