Beynəlxalq Enerji Agentliyi (IEA) İsrail və İran arasındakı vəziyyətin neft bazarlarına təsirini fəal şəkildə izləyir.
“Report”un məlumatına görə, bunu IEA-nın icraçı direktoru Fatih Birol bildirib.
"IEA-nın neft təhlükəsizliyi sistemi fövqəladə hallar üçün 1,2 milyard bareldən çox strateji ehtiyata malikdir. Lazım olduqda tədbirlər görməyə hazırıq", - o yazıb.