İsraildə koronavirusdan ölənlərin sayı 180-i keçdi

İsraildə son sutkada koronavirusdan daha 8 nəfər ölüb.

“Report” “newsru.co”ya istinadən xəbər verir ki, məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.

Aprelin 21-də virusa daha 229 nəfər yoluxub. Bununla da İsraildə yoluxanların sayı 13 883-ə, ölənlərin sayı isə 181-ə çatıb. Ölənlər 29-98 yaş arasında olan şəxslərdir.

Qeyd edək ki, İsrail hökuməti aprelin 19-dan etibarən karantin rejimini yüngülləşdirib.

Digər xəbərlər