İspaniya dəmiryol stansiyasında qəza olub, 48 nəfər yaralanıb

Bakı. 28 iyul. REPORT.AZ/ İspaniyanın Barselona şəhərində dəmiryol stansiyasında baş verən qəza nəticəsində 48 nəfər yaralanıb.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, yaralananlardan 20-si xəstəxanaya yerləşdirilib, onlardan 5-nin vəziyyəti ağırdır. 

İlkin məlumata görə, qatarı dayandırmaq mümkün olmayıb və o, "Franca" dəmiryol stansiyasının platformasına çırpılıb.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12