​İraqın daxili işlər nazirinin istefası qəbul edilib

Bakı. 9 iyul. REPORT.AZ/ İraqın baş naziri Heydər əl-İbadi ölkənin daxili işlər naziri Məhəmməd Salem əl-Qabbanın istefa ərizəsini qəbul edib.

"Report" xəbər verir ki, bu haqda "Associated Press" məlumat yayıb.

İnformasiyaya görə, Əl-İbadi ötən gün Bağdadda törədilən partlayışları Əl-Fəlucanın İŞİD-dən azad edilməsinə terrorçuların cavabı kimi dəyərləndirib.

Qeyd edək ki, Məhəmməd Salem əl-Qabbanın iyulun 5-də istefa ərizəsini təqdim edib. Nazir iyulun 3-də terrorçu 250 nəfərin ölümü ilə nəticələnən partlayışlardan sonra bu addımı atıb.

Xatırladaq ki, baş nazir ötən gün milli təhlükəsizlik naziri Abbud Qənbəri istefaya göndərib. 

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09