​İraqda İŞİD-in yeddi komandiri öldürülüb

Bakı. 21 fevral. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin İraqın Ər-Rəmadi şəhərinin şərq hissəsinə endirdiyi havadan zərbələr nəticəsində İŞİD terror qruplaşmasının 7 komandiri məhv edilib.

"Report" xəbər verir ki, bu barədə yerli hərbçilərə istinadən "Iraqi Media News Agency" məlumat yayıb.

Məlumata görə, təyyarələr terrorçu-komandirlərin görüşdüyü Ənbar əyalətinin Əl-Xalidiyyə rayonunu bombardıman edib. Həmçinin terrorçulara məxsus üç nəqliyyat vasitəsi məhv edilib.

Digər xəbərlər

Britaniya Ukraynaya 25 min dron verib 08 sentyabr, 2026 / 20:03