Bakı. 9 iyul. REPORT.AZ/ İraqda ağır yol qəzası baş verib. "Report" xəbər verir ki, bu barədə "Əs-Sumariya" telekanalı məlumat yayıb.
Hadisə ölkənin şimalındakı El-Küt şəhərində baş verib. Hadisəyə səbəb sərnişin avtobusunun yoldan çıxması və qarşıdan gələn minik avtomobili ilə toqquşmasıdır.
Qəza nəticəsində 17 nəfər həlak olub.
Polis hadisə yerində işləyir.