​İraqda ABŞ konsuluğunun binası qarşısında partlayış baş verib, ölənlər var

Bakı. 18 aprel. REPORT.AZ/ İraqın şimalında yerləşən Ərbil şəhərinin Ankava prospektində ABŞ konsulluğunun binası qarşısında minalanmış avtomobilin partlaması nətcəsində iki nəfər ölüb, azı 15 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "əl-Cəzirə" məlumat yayıb.

Ölənlərin hər ikisi, yaralananların isə 5-i Türkiyə vətəndaşıdır. Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına əsasən, yaralı türkiyəlilərə Ərbildəki Türkiyə Baş Konsulluğunda tibbi yardım göstərib. 

Bəzi mənbələr isə ölənlərin sayının 3 nəfər olduğu haqda xəbər yayıblar.

Basqının məsuliyyətini İŞİD üzərinə götürüb.

Partlayışın baş verdiyi prospekt Türkiyə vətəndaşları və xaricilərin çox olduğu yerdir.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12