​İranın sonuncu şahının əkiz tayı, bacısı vəfat edib

Bakı. 8 yanvar. REPORT.AZ/ İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin əkiz tayı, bacısı Əşrəf Pəhləvi 96 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu haqda İranın "Təsnim" agentliyi məlumat yayıb.

Məlumata görə, o, Nyu-York, Paris və Fransanın Riverye şəhərlərində mühacir həyatı yaşayıb.

Müşaviri Roberto Armao onun yuxuda olarkən öldüyünü deyib. 

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09