İndoneziyada qəzaya uğrayan gəminin 39 sərnişini xilas edilib

Bakı. 20 dekabr. REPORT.AZ/ İndoneziyanın Sulavesi adası sahillərində qəzaya uğrayan sərnişin gəmisinin göyərtəsində olan 122 nəfərdən 39-u xilas edilib.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, hadisə yerində davam edən axtarış-xilasetmə tədbirləri nəticəsində həlak olanlardan üçünün cəsədi də aşkarlanıb.

Qəzanın hansı səbəbdən baş verdiyi barədə məlumat yoxdur.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09