Hindistanda toy zamanı divar uçub, 23 nəfər ölüb

Bakı. 11 may. REPORT.AZ/ Hindistanın Racastxan ştatında yerləşən mərasim zalında toy zamanı divar uçub. Nəticədə azı 23 nəfər ölüb, təqribən 30 nəfər xəsarət alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Times of India" qəzeti yazıb.

Məlumata görə, faciəyə toz dumanı səbəb olub. Dağıntılar altında daha bir neçə nəfərin qalma ehtimalı var. Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Yaralılar xəstəxanalara göndərilib. Onların bəzilərinə ciddi travma diaqnozu qoyulub.

Digər xəbərlər

Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28