Hindistanda sərnişin qatarı relsdən çıxıb, 30-dan çox insan xəsarət alıb

Bakı. 28 avqust. REPORT.AZ/ Hindistanda 12 vaqonlu sərnişin sürət qatarı relsdən çıxıb.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, hadisə ölkənin cənubunda, Kerala ştatında baş verib.

Belə ki, Trivandrum şəhərindən Manqalor şəhərinə gedən 12 vaqonlu sərnişin qatarı yolların dağılması səbəbindən relsdən çıxıb. Hadisə nəticəsində 30-dan çox sərnişin xəsarət alıb.

Xoşbəxtlikdən vaqonlar aşmayıb, lakin digər yollar zədələnib.

Hazırda fəhlə briqadaları hazırda hadisənin nəticələrini aradan qaldırır.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12