Hindistanda seçkiqabağı təbliğat kampaniyası aparan qrupa hücum olub, 4 nəfər ölüb

Bakı. 19 fevral. REPORT.AZ/ Hindistanda Milli Konqres Partiyasının seçki kampaniyasından qayıdan avtomobil karvanına əldəqayırma partlayıcı ilə hücum nəticəsində 4 nəfər ölüb.

“Report” “Anadolu” agentlyinə istinadən xəbər verir ki, hadisə Hindistanın şimal-şərqində Meqalaya ştatında olub.

Hücumun hədəfi Milli Konqres Partiyasından Meqaliya əyalət məclisinə namizəd Conatan N. Sanqman olub.

Partlayış nəticəsində millət vəkilliyinə namizəd və onunla birlikdə seçkiqabağı kampaniyada iştirak edən 3 nəfər ölüb.

Meqaliya ştatının məclisinə seçkilər fevralın 27-də keçiriləcək. 

Digər xəbərlər