Hindistanda qatarın qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

Bakı. 24 noyabr. REPORT.AZ/ Hindistanın Uttar-Pradeş ştatında qatarın relsdən çıxması nəticəsində ən azı 3 nəfər həyatını itirib.

"Report" "The Indian Express"ə istinadən xəbər verir ki, qəza zamanı daha 9 nəfər xəsarət alıb.

Nəşr yazır ki, qatar Patna şəhəri istiqamətində hərəkətdə olub. İnsident nəticəsində qatarın 13 vaqonu relsdən çıxıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12