Hindistanda ötən 24 saat ərzində koronavirusa 7579 nəfər yoluxub ki, bu da ötən ilin may ayından bu yana ən az göstəricidir.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, koronavirus xəstələrinin 249 nəfəri ölüb, 12,5 mindən çoxu isə sağalıb. Ötən gün Səhiyyə Nazirliyi 8480 nəfərin yoluxduğunu açıqlamışdı.
Ölkədə koronavirusdan müalicə olunanların sayı 113.584 nəfərdir ki, bu da son 536 günün ən aşağı göstəricisidir.
Bütövlükdə, koronavirusa yoluxma sayına görə ikinci yerdə olan Hindistanda indiyədək 34,5 milyondan çox sakin yoluxub. Onların 466 mini ölüb, 33,9 milyondan çoxu isə sağalıb.