Hindistanda son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 14,8 min artaraq toplamda 425 282 nəfər təşkil edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyinin məlumatlarında deyilir.
Nazirliyin məlumatına görə, ölkədə 174 387 nəfər virusdan müalicə olunur, 237 195 nəfər sağalıb (son gündə 9 440), 13 699 (son gündə 445) nəfər ölüb.
Cons Hopkins Universitetinin hesablamalarına görə, Hindistan yoluxma hallarının sayına görə Böyük Britaniya, İtaliya və İspaniyanı qabaqlayaraq dünyada 4-cü sıraya yüksəlib.