Hindistanda avtomobil qəzası olub, toydan gələn 14 nəfər ölüb, 28 nəfər yaralanıb

Bakı. 5 may. REPORT.AZ/ Hindistanda yük maşınının su kanalına düşməsi nəticəsində avtomobildəki sərnişinlərin 14-ü ölüb, 28 -i yaralanıb.

“Report” “Hindustan Times”a istinadən xəbər verir ki, hadisə ölkənin Uttar-Pradeş əyalətində olub.

İnformasiyaya əsasən, avtomobilin banındakı sərnişinlər toydan gəlirmiş.

İlkin məlumata görə, hadisə sürücünün yuxulaması nəticəsində baş verib. 

Qəzanın səbəbi araşdırılır.

Digər xəbərlər