HƏMAS daha üç israilli girovun meyitini BQXK-yə təhvil verib

Fələstinin radikal HƏMAS hərəkatı üç israilli girovun meyitini Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) təhvil verib.

"Report"un xəbərinə görə, bu barədə İsrailin Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, oğurlananların meyitləri İsrailin Qəzza zolağındakı hərbi qüvvələrinə təhvil veriləcək.

"HƏMAS razılaşmaya əməl etməli və həlak olan girovların meyitlərini geri qaytarmaq üçün bütün lazımi səyləri göstərməlidir", - İsrail Ordusunun Mətbuat xidməti bildirib.

Digər xəbərlər