Haaqada Niderland hökumətinin immiqrasiya siyasətinə qarşı keçirilən nümayiş zamanı azı 30 nəfər saxlanılıb.
"Report"un məlumatına görə, bu barədə NOS telekanalı şəhərin meri Yan Van Zanenə istinadən məlumat yayıb.
O, bildirib ki, hazırda 30 həbsdən "inamla danışa bilərik", lakin yekun rəqəmin daha çox olacağı ehtimal edilir.
Van Zanen həmçinin bildirib ki, iğtişaşları dağıtmaqda iştirak edən iki polis məmuru yaralanıb.
Qeyd edək ki, Haaqada polis etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.