Fransada güclü külək, leysan və daşqınlar səbəbindən 19 departamentdə narıncı təhlükə səviyyəsi elan edilib.
"Report" xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
Fransanın Atlantik sahillərində fırtına səbəbindən qatarların hərəkəti iflic olub. Bir sıra şəhərlərarası və sürət qatarları ləğv edilib.
Ölkə üzrə təxminən 100 min ev elektrik enerjisiz qalıb.