Fransalı astronavt kosmosdan həmvətənlərini prezident seçkilərində fəal olmağa çağırıb

Paris. 7 may. REPORT.AZ/ Fransalı astronavt Toma Peske kosmosdan Twitter vasitəsilə özünün vətəndaşlıq borcunu yerinə yetirdiyini söyləyib və fransa xalqını bugünkü prezident seçkilərində səs verməyə çağırıb.

"Report"un Fransa bürosu xəbər verir ki, astronavt hələ keçən ilin noyabrında beynəlxalq kosmik stansiyaya uçuşundan əvvəl prezident seçkilərində səs verə bilməsi üçün ona etibarnamə verildiyini söyləyib.

Digər xəbərlər