Fransada terrorçularla əlaqədə şübhəli bilinən 3 qız saxlanılıb

Bakı. 1 mart. REPORT.AZ/ Fransanın hüquq-mühafizə orqanları terror qruplaşması üzvləri ilə əlaqədə şübhəli bilinən 3 qızı saxlayıblar.

"Report" xəbər verir ki, bu barədə "Parisien" məlumat yayıb.

Məlumatda bildirilir ki, Uaz departamentinin Krey şəhərində və Yuxarı Reyn departamentinin Myuluz şəhərində saxlanılanlar 14-18 yaşlarındadır. Lakin qəzet mənbənin məlumatına əsasən qızların terror aktı həyata keçirməyə hazırlaşmadıqlarını bildirib.

Xəbərdə bildirilir ki, saxlanılanlardan biri - 18 yaşlı gənc 96 saat sorğu-sual ediləcək.

Bundan əvvəl isə "BFMTV" telekanalı Uaz departamentində 18 yaşlı qızın saxlanılması barədə xəbər verib. Həmin şəxsin terror aktı hazırlamaqda şübhəli bilindiyi deyilirdi. 

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12