Fransada etiraz aksiyası zamanı 10-dan çox jandarm yaralanıb

Fransanın Savoy departamentində etiraz aksiyaları zamanı baş verən qarşıdurmalarda 12 jandarm və bir nümayişçi yaralanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanen tviter hesabında yazıb.

“12 yaralı jandarmaya dəstəyimi ifadə edirəm”, - nazir qeyd edib.

O, hüquq-mühafizə orqanının aksiyada iştirak edən 2 000 əməkdaşına da təşəkkür edib.

Xatırladaq ki, Savoy departamentində 3 000-dən çox insan Lion və İtaliyanın Turin şəhərləri arasında sürətli dəmir yolunun tikintisinə qarşı nümayiş keçirib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10