Fransada iyunun sonu və iyulun əvvəllərində baş verən iğtişaşlar zamanı zərər görmüş, dağıdılmış 40-a yaxın məktəb sentyabrın 4-də başlanacaq dərs ilinə qədər bərpa olunmayacaq.
“Report” xəbər verir ki, bu barədə RTL radiostansiyası məlumat yayıb.
Məlumata görə, binaların bərpasında ləngimələr onlara ciddi ziyan dəyməsi və sığorta ödənişlərinin rəsmiləşdirilməsinin çox vaxt aparması ilə bağlıdır.
RTL başqa məktəblərdə dərs ilinə başlamaq məcburiyyətində olacaq uşaqların dəqiq sayını göstərmir, lakin vurğulanır ki, söhbət əsasən ibtidai siniflərdə oxuyan bir neçə yüz şagirddən gedir.