Fransa qatarında silahlı hücumla bağlı mərakeşli gənc dindirilib

Bakı. 23 avqust. REPORT.AZ/ Cümə günü Amsterdamdan Parisə hərəkət edən Thalys qatarında atəş açmaqda şübhəli bilinən 25 yaşlı mərakeşli Ayoub El-Kahzzani Fransa polisi tərəfindən dindirilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, şübhəli şəxsin "ifratçı İslamçı hərəkata" əlaqəli olduğu deyilir. Hadisə yerində üç sərnişin onu yerə yıxaraq zərərləşdirmişdi.

Qeyd edək ki, El-Kahzzani rəsmi ittiham açıqlanmadan dörd gün saxlanıla bilər.

Thalys qatarlarında təhlükəsizlik tədbirləri sərtləşdirilib. Şənbə günü hadisə yerinə baş çəkən Fransanın Daxili İşlər Naziri hadisəni "terror aktı" kimi dəyərləndirib.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12