Fitso: Slovakiya və Ukrayna hökumətlərinin birgə iclası oktyabrın 17-ə planlaşdırılıb

Oktyabrın 17-də Slovakiya və Ukrayna hökumətlərinin birgə iclası keçiriləcək və onun ölkənin şərqindəki Mixalovtse şəhərində keçirilməsi təklif olunur.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso bildirib.

"Oktyabrın 17-də Slovakiya və Ukrayna hökumətlərinin birgə iclası keçiriləcək" , - o deyib.

Fitsonun sözlərinə görə, tərəflər müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsinə diqqət yetirəcəklər.

Baş nazir görüşün daha əvvəl oktyabrın 20-də Slovakiya ərazisində keçirilməli olduğunu xatırladıb. Buna görə də Fitso dördüncü birgə görüşün Ukrayna ilə sərhədə yaxın yerləşən şəhərdə keçirilməsini təklif edir.

Digər xəbərlər