Finlandiyanın Vantaa şəhərindəki Viertola rayonunda yerləşən məktəbdə baş verən atışmada altıncı sinif şagirdi ölüb.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Finlandiya KİV-i məlumat yayıb.
Polis daha iki şagirdin ağır yaralandığını bildirib.
Qeyd edilib ki, məktəbdə 800-ə yaxın şagird, 90-a yaxın müəllim çalışır.
Daha əvvəl məktəbdəki atışma nəticəsində azı üç nəfərin yaralandığı bildirilmişdi.
12:11
Finlandiyanın Vantaa şəhərindəki Viertola rayonunda yerləşən məktəbdə atışma baş verib, nəticədə 3 uşaq yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya polisi məlumat yayıb.
Şahidlərdən ərazidən uzaq durmaları xahiş olunub. Saxlanılan şübhəli şəxsin azyaşlı olduğu barədə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.
11:49
Finlandiyanın Vantaa şəhərində yerləşən məktəbdə atışma baş verib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Finlandiya polisi məlumat yayıb.
Qeyd edilib ki, hadisə nəticəsində yaralananlar olub. Lakin xəsarət alanların dəqiq sayı açıqlanmayıb. Atışmanı törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığı bildirilir.