ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) federal kredit vəsaitləri üzrə əsas faiz dərəcəsini illik 3,5-3,75% aralığında saxlayıb.
"Report" xəbər verir ki, bu barədə FES-in saytındakı bəyanatda deyilir.
Açıq Bazar Əməliyyatları üzrə Federal Komitənin (FOMC) 12 üzvündən doqquzu dərəcənin əvvəlki səviyyədə saxlanmasının lehinə səs verib.
Bu qərar analitiklərin və iqtisadçıların gözləntiləri ilə üst-üstə düşüb.