Bakı. 3 noyabr. REPORT.AZ/ Fələstin ərazisinə köçürülən yəhudilərlə yerli sakinlər arasında toqquşma olub.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə El-Halil şəhərində baş verib.
Fələstinin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, bu əraziyə köçən bir qrup yəhudi yerli sakinlərə hücum edib. Nəticədə 5 fələstinli yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onların xəsarətinin ağır olmadığı bildirilir.