Federika Mogerini Kubaya iki günlük rəsmi səfərə gedəcək

Bakı. 4 mart. REPORT.AZ/ Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Kubaya iki günlük rəsmi səfərə gedəcək.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Mogerini martın 10-da Havanada olacaq.

Səfərin əsas məqsədi Kuba ilə Avropa İttifaqı arasında Siyasi Dialoq və Əməkdaşlığa dair Sazişin hazırlanmasıdır.

Qeyd edək ki, Kuba Aİ ilə saziş imzalamayan yeganə Latın Amerikası ölkəsidir.

Digər xəbərlər