Niderlandda keçirilən parlament seçkilərində "Demokratlar 66" partiyası qalib gəlib - YENİLƏNİB

Niderlandda keçirilən parlament seçkilərində "Demokratlar 66" (D66) partiyası ölkənin qanunverici orqanında 150 yerdən 27-sinə sahib olmaqla öndədir.

"Report" xəbər verir ki, bu barədə yerli NOS telekanalı ANP agentliyinin proqnozuna istinadən məlumat yayıb.

İkinci olan radikal sağçı Geert Vildersin rəhbərlik etdiyi sağ populist Azadlıq Partiyası (PVV) 25 deputat mandatına sahib olacaq.

Beləliklə, heç bir partiya mütləq çoxluğu əldə etməyəcək. Niderlandın qanunvericiliyinə görə, hökumət qurmaq üçün partiyalar ən azı 76 yerdən ibarət koalisiya yaratmalıdır.

Mətbuat vurğulayıb ki, ilkin proqnoz "exit-poll"dan fərqli olaraq faktiki nəticələrə əsaslanır.

Seçki Şurasının gələn həftənin sonunda nəticələri rəsmən təsdiq edəcəyi gözlənilir. Niderlandda parlament seçkilərində yekun seçici fəallığı 76,3% təşkil edib. Bu rəqəm 2023-cü ildə seçicilərin 77,75%-nin səsvermədə iştirak etdiyi əvvəlki seçkilərdən aşağıdır.

Xatırladaq ki, 2023-cü il seçkilərində sağ populistlər qalib gəlib.

Niderlandda keçirilən parlament seçkilərində ilk proqnozlara əsasən, Avropayönlü "Demokratlar 66" (D66) partiyası öndədir.

"Report" xəbər verir ki, bu barədə "Ipsos" tədqiqat mərkəzinin keçirdiyi "exit-poll"un məlumatlarında göstərilib.

Qeyd olunub ki, sosial-liberal mərkəz partiyası parlamentdəki 150 yerdən 27-sinə sahib olacaq.

Radikal sağçı Geert Vildersin rəhbərlik etdiyi sağ populist Azadlıq Partiyasının (PVV) 25, liberal yönlü VVD partiyasının isə 23 yer deputat mandatına sahib olacağı ehtimal edilir. Exit-poll nəticələri NOS telekanalında canlı yayımlanıb.

Xatırladaq ki, 2023-cü il seçkilərində sağ populistlər qalib gəliblər.

Digər xəbərlər