“Exit poll”: Albaniyada parlament seçkilərində hakim partiya qalib gəlib

Albaniyanın hakim Sosialist Partiyası Xalq Məclisinə - parlamentə dünən keçirilən seçkilərdə qalib gəlib.

“Report” xəbər verir ki, bu barədə “exit poll”un məlumatlarına istinadən TASS bildirib.

Sorğuların məlumatına görə, baş nazir Edi Ramanın başçılıq etdiyi Sosialist Partiyası 46,9 % səs yığıb. Müxalifət koalisiyasına isə seçicilərin 43,5 %-i səs verib. Bundan başqa, seçicilərin 6,9 %-i Albaniya prezidenti İlir Metanın həyat yoldaşı Monika Krimadinin partiyasını dəstəkləyiblər.

Qeyd edilir ki, seçkilərin belə nəticələri ilə sosialistlər parlamentdə 140-dan 71 yer ala bilərlər.

Aprelin 25-də Albaniyada parlament seçkiləri keçirilib. Bakı vaxtı ilə saat 20:00-a olan məlumata görə, seçkidə iştirak 45,48 % təşkil edib. Ölkədə 3,6 milyon insan səsvermə hüququna malikdir. Seçkilərdə əsas rəqib baş nazir Edi Ramanın Sosialist Partiyası ilə müxalif Lyulzim Başinin Demokrat Partiyası olub.

Digər xəbərlər

ABŞ və Meksika barışır 29 yanvar, 2026 / 21:08